Müvəqqəti Prezident baş komandan səlahiyyətlərini öz üzərinə götürdü
Bizi izləyin

Dünya

Müvəqqəti Prezident baş komandan səlahiyyətlərini öz üzərinə götürdü

Ukrayna Prezidentinin səlahiyyətlərinin icraçısı, parlamentin sədri Aleksandr Turçinov ölkənin Silahlı Qüvvələrinin ali baş komandanı səlahiyyətlərini öz üzərinə götürüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü UNİAN agentliyi xəbər yayıb.

Bu barədə 26 fevral tarixli "Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı səlahiyyətlərinin qəbulu haqqında" müvafiq əmrdə deyilir.
Sənəddə göstərilir: "Ukrayna Konstitusiyasının 112-ci maddəsi və 106-cı maddəsinin birinci hissəsinin 17-ci bəndinə uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı səlahiyyətlərini öz üzərimə götürürəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm