• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Uduzmaq haqqına malik deyilik”,- Rusiya rəsmisi Ukraynaya müdaxiləyə çağırdı

  • Dünya
  • 26 Fevral 2014 14:03
  • 695 Baxış
“Uduzmaq haqqına malik deyilik”,-  Rusiya rəsmisi Ukraynaya müdaxiləyə çağırdı

Ukrayna Ali Radası (parlament) tərəfindən prezident postundan uzaqlaşdırılan Viktor Yanukoviç Rusiya Dövlət Dumasında qanuni prezident adlandırıldı.

Publika.Az –ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Krım səfərindən qayıdan Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski Dövlət Dumasında çıxış edib.

“Viktor Yanukoviçin fəaliyyətsizliyi Ukraynada dinc insanların həlak olmasına gətirib çıxardı. Bununla belə Yanukoviç Ukraynanın qanuni yolla seçilmiş və qüvvədə olan prezidentidir”, - L.Slutski bildirib. O, Yanukoviçin 2004-cü il Konstitusiyasının bərpası ilə bağlı Ukrayna parlamentinin qərarını imzalamadığını və parlamentin qəbul etdiyi bütün qərarların qeyri-qanuni olduğunu söyləyib.

Fransa, Almaniya və Polşa xarici işlər nazirləri, o cümlədən Rusiya ombudsmanının iştirakı ilə 21 Fevral tarixində müxalifət və iqtidar arasında imzalanan razılaşmaya riayət olunmasını tələb etdiklərini deyən Dövlət Dumasının komitə sədri “razılaşmaya Kiyevdə "tüpürdülər” söyləyib:“Biz bu gün qalib gəlməliyik, biz bu sivilizasiya, geosiyasi döyüşdə uduzmaq haqqına malik deyilik. Biz qardaş Ukrayna xalqı ilə olmalıyıq. Kiyevdən yayılan infeksiyaya qarşı dura bilmək üçün ardıcıl və emosiyalarsız qərarlar qəbul etmək lazımdır”.

L.Slutskinin bu sözlərini Rusiya deputatları alqışlayıblar.

Qeyd edək ki, 21 fevralda V.Yanukoviçlə danışıqların nəticəsində 2004-cü il Konstitusiyasının bərpası, koalisiya hökumətinin formalaşdırılması və dekabr ayında növbədənkənar prezident seçkilərinin keçirilməsi razılaşdırmışdı. Lakin bu razılaşmanın ömrü cəmi bir gün çəkdi. Fevralın 22-sində parlament Yanukoviçi vəzifəsindən uzaqlaşdıraraq növbədənkənar prezident seçkilərini 25 May tarixinə təyin etdi. Prezidentin səlahiyyətləri isə parlamentin yeni sədri Aleksandr Turçinova verildi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR