“Aponu edam edəcəyik” - Türkiyədə yadda qalan seçki vədləri
Bizi izləyin

Dünya

“Aponu edam edəcəyik” - Türkiyədə yadda qalan seçki vədləri

Bu vədlər liderlərə yüz minlərlə səs qazandırır, amma onların çoxu yerinə yetirilmir.

Martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Seçki kampaniyasına da artıq start verilib. Təbii ki, seçkilərdə uğun qazanmağın yollarından biri də vətəndaşlar üçün cəlbedici vədlərin verilməsidir. Bu vədlərin yerinə yetirilməsinin nə qədər real olması ilə namizədləri bir çox hallarda düşündürmür. Bu vədlər liderlərə yüz minlərlə səs qazandırır, amma onların çoxu yerinə yetirilmir.

Publika.Az –ın verdiyi xəbərə görə, Türkiyənin “Vatan” qəzeti ölkədə seçkilərə qatılan bir çox siyasətçilərin seçki vədləri ilə bağlı yazı dərc edib.

Qəzet yazır ki, vətəndaşlar bu vədlərin sonradan yalan çıxmasına vərdiş etsələr də, hər seçkilərdə “bəlkə bu namizəd edər” düşüncəsi ilə hərəkət edilər. Türkiyə seçkilər tarixində yadda qalan əsas seçki vədləri isə aşağıdakılardır.

Süleyman Dəmirəl

Türkiyənin keçmiş baş naziri və prezidenti Süleyman Dəmirəl bir çox seçkilərdə meydanlara çıxaraq seçicilərinə vədlər verdi. Amma onun ən çox yadda qalan seçki vədi isə “nə versələr, mən onlardan 5 dəfə daha çox verərəm” oldu.

Məsud Yılmaz

Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın ən böyük vədi 1999-cu il parlament seçkilərində “susuzluğu həll edəcəyik” oldu. Ancaq bu problem həll etmək heç kimə nəsib olmayıb.

Tansu Çillər

Keçmiş baş nazir Tansu Çillərin seçki kampaniyasında iqtisadiyyatla bağlı vədlər önəmli yer tutdu. Çillər “hər məhəlləyə bir milyoner” vədini zaman içərisində “hər məhəllədə 100 trilyoner”, “hər əkinçiyə traktor” vədləri ilə əvəzlədi. T.Çillər “hər kəsi mənzil və avtomobil sahibi edəcəyik” deyərək 500 gündə 2 açar verəcəyinə söz verdi.

Nəcməddin Ərbəkan

Türkiyənin “Səadət” partiyasının sədri, keçmiş baş nazir Nəcməddin Ərbəkan illərlə “faiz ləğv olunacaq” söylədi. Seçicilərə həmçinin sürətli qatar vəd edən Ərbakanın ən diqqət çəkən vədi isə “hər vilayətdə bir fabrik, hər vilayətdə bir hava limanı” idi.

Cem Uzan

Seçki vədləri mövzusunda yadda qalan digər bir siyasətçi Türkiyə Gənc Partiyanın rəhbəri, iş adamı Cem Uzan oldu. Qısamüddətli siyasi həyatında yüzlərlə vəd verən C.Uzanın “mazut bir lirə olacaq” vədi daha cəlbedici idi.

Haydar Baş

Haydar Başın rəhbərlik etdiyi Müstəqil Türkiyə Partiyası isə “milli iqtisadiyyat modeli” adı altında hər ev xanımına 500 lirə maaş, 15 min lirə isə doğum hədiyyəsi verəcəyinə söz vermişdi.

Dövlət Bağçalı

Milliətçi Hərəkat Partiyasının lideri (MHP) Dövlət Bağçalı isə 1999-cu il seçkilərində “Aponu edam edəcəyik” vədini vermişdi. Seçkilərdə ikinci yer qazanmasına və koalision hökumətdə təmsil olunmasına baxmayaraq, bu vədi yerinə yetirə bilmədi. D.Bağçalı həmin seçkilərdə “hicab problemini qorxaqlar deyil, kişilər həll edər” dedi. Ancaq parlamentə hicablı daxil olan MHP-li Nesrin Ünal bir müddət sonra başını açmaq məcburiyyətində qaldı.

Rəcəb Tayyib Ərdoğan

Hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan 2002-ci il parlament seçkilərindən əvvəl “sizdən yalnız üç il vaxt istəyirəm. Üç ildən sonra istədiklərinizi verəcəyəm” söylədi. Üç ildən sonra isə məmurlara “kənarda gözləyən daha 500 min adam var. Kimin maraqlarına uyğun deyilsə, istefa versin” dedi.

Kamal Kılıçdaroğlu

Yoxsul ailələrə 600 lirə maaş verəcəyini söyləyən Kamal Kılıçdaroğlu “pulu haradan tapacaqsan” sualına ”mənim adım Kamal, mən taparam” şəklində cavab vermişdi.

Melik Gökçek

Ankara Böyükşəhər Bələdiyyə Başçısı Melih Gökçek 2009-cu il bələdiyyə seçkilərində sürüçülərlə bağlı maraqlı vəd vermişdi. O, avtobuslarda ayaqda sərnişin daşınması üçün rəsmi icazə alınmasına cəhd edəcəyini demişdi.

Mustafa Sarıgül

Cümhuriyyət Xalq Partiyasının (CXP) İstanbul bələdiyyə sədrliyinə namizədi Mustafa Sarıgül 30 Mart seçkilərini qazanacağı halda İstanbulun su problemini həll etmək üçün şəhərin Avropa və Anadolu hissəsində su anbarları inşa edəcəyini söyləyib.

Nevzer Uzun

CXP-nin Köprübaşı bələdiyyə başçılığına namizədi olan Nevzer Uzun seçkiləri qazanacağı halda hər il 10 nəfəri Ümrə ziyarətinə göndərəcəyini vəd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm