Ukraynada regionlararası savaş anonsu -Sevastopol hazırlaşır
Bizi izləyin

Dünya

Ukraynada regionlararası savaş anonsu -Sevastopol hazırlaşır

Krım muxtariyyətinin Sevastopol şəhəri “Berkut” xüsusi təyinatlı bölmələrinin ləğvi ilə bağlı Ukrayna daxili işlər nazirinin vəzifəsini icra edən Arsen Avakovun əmrinə tabe olmayacaq.

Krım muxtariyyətinin Sevastopol şəhəri “Berkut” xüsusi təyinatlı bölmələrinin ləğvi ilə bağlı Ukrayna daxili işlər nazirinin vəzifəsini icra edən Arsen Avakovun əmrinə tabe olmayacaq.

Publika.Az –ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Sevastopol şəhər rəhbəri Aleksey Çalıy bildirib.

O, şəhərdə “Berkut”un ləğv olunmayacağını və şəhər milisi tərkibində qalaraq əvvəlki kimi maaş alacaqlarrını vurğulayıb. Sevastopol rəhbəri həmçinin qeyd edib ki, şəhərin girişində hazırda postlar qurulub və Kiyevdən gələn istənilən elçilər yalnız Sevastopol icraiyyə komitəsinin icazəsi ilə içəri buraxılacaq.

Bundan əvvəl isə A.Çalıy digər regionlarda olan “Berkut” əməkdaşlarını Sevastopola dəvət etmişdi. “Şəhərə ləyaqətli kişilər lazımdır” deyən şəhər rəhbəri onların özünümüdafiə dəstələrinin əsasını təşkil edə biləcəyini deyib.

Qeyd edək ki, “Berkut” Ukrayna Daxili İşlər Nazirliyinin əmri ilə dünən ləğv edilib. 2013-cü ilin sonuna olan məlumatlara görə, “Berkut” əməkdaşlarının sayı təxminən dörd mindir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm