• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Krım tatarı: “Azərbaycan da Krım tatarlarına kömək etməlidir”

  • Dünya
  • 26 Fevral 2014 16:51
  • 555 Baxış
Krım tatarı: “Azərbaycan da Krım tatarlarına kömək etməlidir”


“Türkiyə və Azərbaycan dövləti, eləcə də ictimaiyyətindən Krım tatarlarına dərhal dəstək gözləyirik”.

Bu barədə Krım Dərnəyinin üzvü Namık Kemal Bayar Publika.Az -a açıqlamasında Krımdakı durumla bağlı deyib.

Hazırda Krım tatarlarının Rusiya əleyhinə mitinqlərinin davam etdiyini deyən N. Bayar qruplararası davaların da olduğunu bildirir. Qeyd edib ki, mitinqlər yenə də davam edəcək.

Rusiyanın Krıma ordu çıxartdığı haqqında Qərb mətbuatında məlumatlar oxuyuruq. Hələlik bu barədə dəqiq məlumatımız yoxdur. Amma bir şeyi dəqiq bilirik. Krım Ukraynadan ayrılsa, bu Krım tatarları üçün fəlakət olar. Belə bir şey olarsa, Türkiyə Qaradənizdəki strateji dostu olan Krım tatarlarının itirər. Buna görə də Türkiyə, həmçinin Azərbaycan dövləti də Krım tatarlarına dəstək verməli, bu işdə kömək etməlidir”-deyə N. Bayar diqqətə çatdırıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR