TANAP imzaya açıldı
Bizi izləyin

Dünya

TANAP imzaya açıldı

TANAP imzaya açıldı

Türkyənin Enerji və Təbii Qaynaqlar Naziri Taner Yıldız Cənub Qaz Koridorunun son dərəcə əhəmiyyətli olduğunu söyləyib. Publika.Az milliyet.com-a istinadən bildirir ki, T.Yıldız Türkiyədə TANAP boru kəmərinin keçdiyi ərazilərdə yerləşən özəl mülkiyyətlərin dövlət tərəfindən alınmasına dair sənəd hazır olduğunu deyib. Müvafiq sənəd artıq Türkiyə Nazirlər Kabinetinə təqdim olunub: “Türkiyə enerjidə zəncirin əhəmiyyətli bir halqasını tamamlayır”.

İranın dünya ilə uzlaşma istəyinin də enerjiylə, təbii qazla əlaqədar layihələrə təsir edəcəyini vurğulayan T.Yıldız TANAP-in Türkiyə üzərindən keçməsinə icazə verən qurumun eyni zamanda İran təbii qazının keçişinə də icazə verdiyinə deyib. Nazir Cənub Axını və İran qazıyla birlikdə İraq və Aralıq dənizi qazının da 2035-ci ilə qədər 700 milyard kub metr istehlak hədəfləyən Avropanın əhəmiyyətli tədarük nöqtələri ola biləcəyini söyləyib: “Bu proyektlər bir-birinin rəqibi kimi görünsə də bir-birini tamamlayaq. Türkiyə coğrafiyasından qaynaqlanan üstünlükləri istifadə etməkdə davam edəcək”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm