Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində qınandı
Bizi izləyin

Dünya

Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində qınandı

Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində qınanıb. TBMM 22 il əvvəl baş verən Xocalı soyqırımını pisləyən bəyanatla çıxış edib.

Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində qınanıb. TBMM 22 il əvvəl baş verən Xocalı soyqırımını pisləyən bəyanatla çıxış edib.

Türkiyə Baş nazirinin müavini Emrullah İşlər Xocalı soyqırımının ildönümü ilə əlaqədar açıqlama verib:

"26 yanvar 1992-ci il tarixində Azərbaycanın Xocalı qəsəbəsində 83-ü uşaq və 106-sı qadın olmaqla 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib. 22 il əvvəl Xocalıda yaşanan qırğını bir dəfə daha qınayır və lənətləyir, Xocalıda qətl edilən azəri qardaşlarımızı rəhmətlə yad edirəm. Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın və Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik. Azəri qardaşlarımız kimi Türkiyə və türk milləti olaraq Xocalıda yaşanan qırğını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq".

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.

Soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm