Xocalı soyqırımı ABŞ-da anılıb
Bizi izləyin

Dünya

Xocalı soyqırımı ABŞ-da anılıb


ABŞ-ın Massaçusets ştatında yerləşən nüfuzlu Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində keçiriən tədbirdə Xocalı soyqırımının qurbanları yad edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.Az -a verilən məlumata görə, tədbirdə universitetin beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssisləri beynəlxalq cinayətdə ədalət mühakiməsi və soyqırımı, müharibə və insanlığa qarşı cinayətlərin beynəlxalq cinayət təqibi haqqında geniş məruzə ilə çıxış edib.

Tədbirdə sülh və təhlükəsizliyin bərqərar olmasında beynəlxalq cinayətin ədalət mühakiməsi (ədliyyəsinin), o cümlədən, soyqırım, müharibə və insanlığa qarşı cinayətləri törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi haqqında fikir mübadiləsi aparılıbdır.

İştirakçılar Xocalıda törədilmiş cinayətlə Cenevrə Konvensiyasının təməl müddəalarının pozulduğunu bildirib və bu kimi insanlıq faciələrinin qarşısının alınması üçün tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin labüd olduğunu vurğulayıbar.

Qeyd edək ki, tanınmış ictimai-siyasi xadimlərin məzunu olduğu Fletçer Hüquq və Diplomatiya Məktəbi beynəlxalq münasibətlər üzrə ABŞ-ın ən qədim təhsil ocaqlarından biridir və bu sahə üzrə mütəxəssislərin yetişririlməsində olduqca məşhurdur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm