Dünya
Finlandiya, yoxsa Suriya: Ukrayna dilemması - İCMAL
Amerika prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş
məsləhətçisi Zbiqnev Bjezinski Ukrayna hadisələri və beynəlxalq
ictimaiyyətin ata biləcəyi addımları “Financial Times” qəzetində
yazdığı məqalədə şərh edib. Onun fikrincə, Ukraynada qarışıqlığın
artdığı və Rusiyanın müdaxiləsi təhlükəsinin mövcud olduğu bir
şəraitdə Qərbin konstruktiv nəticənin əldə edilməsi üçün məsuliyyət
daşıdığı indi tamamilə aydındır.
Publika.Az –ın “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə istinadən verdiyi məlumata görə, Bjezinski Viktor Yanukoviçin özünü yalançı, qorxaq və oğru kimi göstərdiyini yazıb.
ABŞ Kremlə bildirməlidir ki…
Z.Bjezinski yazıb ki, Rusiya Ukraynanı dağıdıcı və beynəlxalq
vəziyyət üçün təhlükəli bir müharibəyə sürükləyə bilər. “Rusiya
Krım və ölkənin şərqində başqa sənaye bölgələrinin ayrılmasına
təşviq edib, bunu dəstəkləyə bilər. Putin belə bir təcavüzün Moskva
tərəfindən qızışdırılmış vətəndaş müharibəsinin qısa müddətli
nəticələrindən asılı olmayaraq, ukraynalıların böyük hissəsinin
Rusiyaya qarşı nifrət hissini gücləndirəcəyi faktını qəbul etməyə
bilər. Bu isə onun Rusiyanın başçılığı ilə Avrasiya Birliyinə
rəhbərlik etmək arzusunun hədə-qorxu və zorakılığa əsaslanan bir
təşəbbüs kimi qəbul edilməsi ilə nəticələnə bilər. Keçmiş Sovet
İttifaqının suveren komponentləri üçün isə bu, o qədər də cəlbedici
görünməyə bilər”, - tanınmış analitik qeyd edib.
Onun sözlərinə görə, Ukraynadakı proses Mərkəzi Asiyada, xüsusilə
də Qazaxıstan və Özbəkistanda Moskvanın bu ölkələrin suverenliyinin
məhdudlaşdırılması səylərinə müqavimətin artmasına gətirib
çıxaracaq:
“Bu ölkələrdə getdikcə güclənən milli siyasi elita və iş adamları cənab Putinin Avrasiya Birliyi adlandırdığı Rusiya imperasiyasının yenidən bir hissəsi olmaq istəmir. Qərb isə Rusiyanın Ukraynada təhrik etdiyi zorakılqıların qızışmasına yol verməməlidir. ABŞ və Avropa İttifaqı birgə fəaliyyət göstərməlidir. ABŞ Putinə müstəqil və ərazi bütövlüyü toxunulmayan Ukraynanın Rusiyaya münasibətdə Finlandiya ilə oxşar şəkildə Rusiya və Avropa İttifaqı ilə geniş iqtisadi münasibətlərə malik, bir-birinə hörmət edən, Moskvanın ona qarşı hesab etdiyi hərbi alyanslara qoşulmayan qonşular kimi siyasət yeritməsi üçün öz nüfuzundan istifadə edəcəyini açıq bildirməlidir”.
Z.Bjezinski qeyd edir ki, Finlandiya modeli həm Ukrayna, həm
Avropa İtitfaqı, həm də Rusiya üçün belə görünür ideal bir variant
ola bilər. O, yazıb ki, ABŞ eyni zamanda Kremlə bildirməlidir ki,
Ukraynada qeyri-sabitlik yaratmaq, ölkənin parçalanmasına çalışmaq
və ya daxili münaqişələrdə açıq, yaxud gizli şəkildə iştirak etmək
səyləri Vaşinqtonu Moskva üçün iqtisadi baxımdan baha başa gələcək
addımlar atmağa sövq edə bilər. “Bu addımlar onun sözləriən əsasən,
birtərəfli qaydada, ya da bir sıra ölkələr tərəfindən iqtisadi
sanksiyaların tətbiq edilməsi, Rusiyanın Ümumdünya Ticarət
Təşkilatı, Dünya Bankı və Böyük Səkkizlər qrupunda statusunun
yenidən nəzərdən keçirilməsi ola bilər”, - o, bildirir.
Onun sözlərinə görə, avropalılar və xüsusilə də Britaniya üçün
Ukraynada geniş yayılmış korrupsiyadan əsas fayda götürən 10
oliqarxın hər birini ölkənin maliyyə baxımından reabilitasiyası
məqsədilə 1 milyard dollar verməyə razı salmaq daha asan olardı.
“Cənab Yanukoviçin diş həkimi olan çox zəngin oğlu özü 10 milyard
dollar verə bilər. Ukrayna cəmiyyəti bu addımı alqışlayardı”, -
Bjezinski qeyd edib.
Moskva Ukraynadakı hadisələrdə "neo-faşizm" görür
Moskva isə Ukraynanın yeni hakimiyyətini tanımaq niyyətində deyil. Dünən isə Dövlət Duması V.Yanukoviçi Ukraynanın qanuni və legitim prezidenti kimi tanıdığını bəyan edib. Kreml bildirir ki, yalnız yeni hökumətin tərkibi və proqramı bəlli olduqdan sonra Rusiya-Ukrayna münasibətlərinin perspektivləri müzakirə edilə bilər. Rusiya “maskalı şəsxlər”in yer aldığı bir hökumətlə əməkdaşlıq etməyəcəyini bildirir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə ATƏT-i Ukraynanın qərbində “millətçi və neofaşist əhval-ruhiyyəsinin güclənməsini” pisləməyə çağırıb. Rusiya XİN rəhbəri Ukrayna millətçilərinin rusdilli əhalini “vətəndaşlıqdan çıxarmaq”, söz azadlığını məhdudlaşdırmaq və arzuolunmaz siyasi partiyaları bağlamaq cəhdlərinin pislənilməsini istəyib. Lavrov bu çağırışını ATƏT Baş Katibi Lamberto Zannyerilə görüşü zamanı səsləndirib.
Rusiya tərəfi vurğulayıb kı, Ukraynaya istənilən yardım, o cümlədən ATƏT tərəfindən də yardımım göstərilməsi yalnız bu ölkənin qanuni hakimiyyəti tərəfindən edilmiş xahiş əsasında həyat keçirilə bilər.
Bazar ertəsi isə Rusiya XİN-i sərt bəyanatla çıxış edərək “ekstremistlərin hərəkətlərinə” son qoyulmasını tələb edib. Nazirliyin bəyanatında Ukraynadakı son hadisələr "hakimiyyətin zorakı yolla devrilməsi" kimi qiymətləndirilib. Rusiya XİN-i Ali Radanın qərarlarının legitimliyini də sual altına alıb. Rusiya hesab edir ki, Ali Rada “Ukraynada yaşayan rusların və digər milli azlıqların haqlarını tapdayan qanun və qərarların “möhürlənməsilə” məşquldur”
Krım qaynamağa başlayıb
Dünən isə rus əhalisinin əksəriyyət təşkil etdiyi Krımdan həyacanlı xəbərlər gəlməyə başlayıb. Məlumata görə, Krım muxtariyyətinin inzibati mərkəzində Maydanı dəstəkləyən və ona qarşı olan mitinq iştirakçıları arasında toqquşmalar baş verir.
Krım parlamentinin qarşısında Kiyevdəki yeni hakimiyyəti tanımamaq tələbi ilə aksiya ötən gün başlayıb. Bununla yanaşı hakimiyyəti dəstəkləyən Krım tatarları icmasının üzvləri daha bir mitinq keçirirlər.
Mitinqə qatılan kazak təşkilatının fəallarından biri BBC-nin rus xidmətinin müxbirinə deyib ki, əsas tələb yeni hakimiyyətin tanınmaması və yarımadaya geniş muxtariyyətin verilməsindən ibarətdir. Onun sözlərinə görə, nümayişçilər Ukrayna və yaxud da Rusiya ilə qalmaq məsələsi Krımda keçirilən referendumda həll olunmasını istəyirlər.
Krım tatarları referendum keçirilməsinin əleyhinədirlər. Ukraynayönlü nümayişçilər Rusiya fəallarının əlindən Rusiya bayrağını almağa cəhd göstəriblər. Bundan əvvəl MDB işləri üzrə Rusiya Dumasının komitə rəhbəri Leonid Slutski deyib ki, Krımın müstəqiliyi barədə müraciətin və yaxud da yerli referendumun nəticəsinin daxil olduğu təqdirdə, Duma Krımın Rusiyaya birləşməsi məsələsinə çevik şəkildə baxa bilər.
Rusiya Dumasına etnik ruslara Rusiya pasportunun verilməsi barədə qanun layihəsi də təqdim edilib.
Ömər Dağlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək