Ukrayna: müvəqqəti hökümət namizədləri bəlli olub
Bizi izləyin

Dünya

Ukrayna: müvəqqəti hökümət namizədləri bəlli olub

Ukraynada baş nazirliyə namizəd Arseyniy Yatsenyuk ölkənin "fəlakət astanası"nda olduğunu bildirib.Namizəd BBC-ə müsahibəsində bildirib ki, Ukraynanı çıxılmaz iqtisadi vəziyyətdən çıxarmaq üçün "populyar olmayan" addımlara ehtiyac var.

"Batkivşina" fraksiyasının lideri Arseni Yasenyuk, baş nazirliyə namizəd kimi çərşənbə axşamı Maydanda keçirilən nümayişdə irəli sürülüb.Maydanda həmçinin, yeni kabinet namizədlərinin adları çəkilib.

Namizədlər ətrafında səsvermə fevralın 27-də Ali Radada keçiriləcək.Yatsenyukun sözlərinə görə, yeni administrasiya "siyasi intiharçılar"ın höküməti olacaq.Həmçinin, yeni hökümətin Rusiya ilə münasibətləri yeni formada qurmaq kimi vəzifəsi də var.

"Əminik ki, Rusiya qonşu yox, tərəfdaşdır", Yatsenyuk bildirib.

Namizədlər

Baş nazirin müavinliyinə də namizədlər bəlli olub: Avrointeqrasiya üzrə- keçmiş xarici işlər naziri Boris Tarasyuk, humanitar siyasət üzrə- Olqa Boqomoleç və Aleksandr Sıç.

Xarici işlər naziri kimi Andrey Deşiça, daxili işlər naziri kimi Arsen Avakov, ədliyyə naziri kimi Pavel Petrenko, antikorrupsiya üzrə büro rəhbəri kimi jurnalist Tatyana Çernovol, müdafiə naziri kimi Maydanın komendantı Andrey Parubiy, lüstrasiya komitəsinin rəhbəri kimi Yeqor Sobolev irəli sürülüb.

Döyülməyə məruz qalmış Dmitri Bulatov isə idman və gənclər naziri elan edilə bilər.Siyahıdakıların heç biri, lideri Vitali Kliçko olan UDAR partiyasının üzvləri deyil.

Müvəqqəti prezident səlahiyyətlərini yerinə yetirən Aleksandr Turçinov nümayişdə deyib ki, Ukraynada yeni hökümət formalaşan kimi, istefaya gedəcək.Onun sözlərinə görə, 25 mayda prezident seçkiləri keçiriləndən sonra təcili parlament seçkiləri də keçirilməlidir.

"Bu hökümət 3-4 aylıqdır, ondan artıq işləyə bilməyəcək. Çünki onlar Ukraynanı süqutdan qurtarmaqdan ötrü populyar olmayan qərarlar qəbul etməlidir. Buna görə tənqid olunacaq, yamanlanacaq, döyüləcəklər, amma onlar öhdəliklərini yerinə yetirmə və Ukrayna uğrunda yanmalıdırlar ki, prezident yeni höküməti elan edə bilsin, Turçinov deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm