10 milyon insan avtobuslardan pulsuz istifadə edəcək
Bizi izləyin

Dünya

10 milyon insan avtobuslardan pulsuz istifadə edəcək

Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin təşəbbüsü ilə ölkədə şəhid ailələrinin üzvləri, əlillər və ahıllar şəhərdaxili və şəhərlərarası avtobuslardan pulsuz istifadə edəcəklər. Müvafiq sistem artıq hazırlanıb.



Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazır.



Məlumata əsəsən, şəhid ailələrinin üzvləri, əlillər və ahıllar şəhərdaxili bütün nəqliyyat vasitələrindən, şəhərlərarası isə dəmiryol və dəniz nəqliyyatından pulsuz istifadə edəcəklər.



Qəzetin məlumatına görə, bunun üçün yaxın günlərdə xüsusi kartların əhaliyə pulsuz paylanacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm