Rəsmi Kiyev: “Rusiyanın bu hərəkəti “”hərbi təcavüz” kimi qiymətləndiriləcək”
Bizi izləyin

Dünya

Rəsmi Kiyev: “Rusiyanın bu hərəkəti “”hərbi təcavüz” kimi qiymətləndiriləcək”

Rəsmi Kiyev: “Rusiyanın bu hərəkəti “”hərbi təcavüz” kimi qiymətləndiriləcək”

“Rusiya Federasiyasının Qara dəniz donanmasının razılaşmadan kənar istənilən hərəkətləri Ukrayna tərəfindən ”hərbi təcavüz” kimi qiymətləndiriləcək”.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Ali Radasının sədri, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ali Radanın iclasında deyib.

“Mən Rusiya Qara dəniz donanmasının rəhbərlərinə müraciət edirəm. Rusiyanın bütün hərbçiləri onlar üçün müəyyən olunmuş ərazi daxilində olmalıdır. Rusiya hərbçilərinin razılaşmadan kənar istənilən, xüsusən silahlı hərəkətləri bizim tərəfimizdən hərbi təcavüz kimi qiymətləndiriləcək”, - A.Turçinov söyləyib.

O, Rusiyanın Ukraynanın ərazi bütövlüyünün zamini olduğunu xatırladıb.

Qeyd edək ki, Kırımda Rusiya ordusu hərbi hazırlıq vəziyyətinə gətirilib. Rusiyanın Qara dəniz donanmasına aid olduğu deyilən ziirehli maşınlar isə Sevastopol-Simferopol yolunda görünüb. Zirehli maşınların göründüyü ərazi isə Rusiya hərbi bazasının yerləşdiyi Sevastopoldan 150 kilometrlik məsafədə yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm