“Ceyşül-Ədl” terror qruplaşması İrana xəbərdarlıq edib
Bizi izləyin

Dünya

“Ceyşül-Ədl” terror qruplaşması İrana xəbərdarlıq edib

“Ceyşül-Ədl” terror qruplaşması İrana xəbərdarlıq edib

“Ceyşül-Ədl” qruplaşması əlində olan İran sərhədçilərini qətlə yetirəcəyini vəd edib.

İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, Pakistan-İran sərhədində fəaliyyətdə olan Ceyşül-Ədl qruplaşması ələ keçirdiyi iran sərhədçilərindən birinin edam ediləcəyini bəyan edib. Qruplaşma “twitter”-dəki səhifəsində bildirib ki, İran onlara mənsub bir şəxsi edam edib və bunun cavabında onlar da İran sərhədçilərinə mənsub beş nəfərdən birini edam edəcəklər.

Bu arada İran daxili işlər nazirinin müavini Hüseynəli Əmiri sərhədçilərin azad edilməsi üçün addımların atıldığını deyib. Nazir müavini azad etmə əməliyyatlarının təfərrüatlarını açıqlamayıb.

Bildirək ki, Pakistan-İran sərhədində fəaliyyətdə olan Ceyşül-Ədl terror qruplaşması fevralın 6-da İranın beş sərhədçisini oğurlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm