7 mindən çox tələbə cəzalandırıldı
Bizi izləyin

Dünya

7 mindən çox tələbə cəzalandırıldı

Kanadada 6,8 min tələbə 2011-2012-ci il tədris ilində imtahanlar zamanı qayda pozuntularına yol verib. Şirkətlərdən biri 54 universitetdə aparılan axtarışlar zamanı bu faktı aşkar edib.

Qeyd olunub ki, imtahanın gedişinə mane olan və köçürməyə yol verən tələbələrdən 50%-i günahını boynuna alıb. Ən çox Karlton universitetinin tələbələri fırıldaqdan istifadə edib.

Tələbələrin 50%-dən çoxu köçürməyə əl atıb. Cəza kimi tələbələrin qiymətləri aşağı salına və ya müvəqqəti olaraq universitetdən uzaqlaşdırıla bilər.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm