Rusiya BTR-lərinin Krım paytaxtına girişinə imkan verilmədi - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Rusiya BTR-lərinin Krım paytaxtına girişinə imkan verilmədi - YENİLƏNDİ

Kiyev güc strukturlarına “Krımı işğalçılardan azad edin” söylədi

Krım muxtariyyətinin paytaxtı Simferopola tərəf hərəkət edən Rusiyanın zirehli texnikası yol milisi postunda saxlanılıb.

Publika.Az –ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov “Facebook” səhifəsində yazıb.

Daxili işlər naziri milislə danışıqlardan sonra zirehli texnikanın geri qaytarıldığını bildirib. Sözügedən texnikanın Rusiyanın Qara dəniz donanmasına məxsus olduğu deyilir.

Ukrayna Ali Radasının (parlament) sədri, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov isə parlament bugünkü iclasında Rusiya Federasiyasının Qara dəniz donanmasının razılaşmadan kənar istənilən hərəkətlərinin Kiyev tərəfindən ”hərbi təcavüz” kimi qiymətləndiriləcəyini söyləyib.

“Mən Rusiya Qara dəniz donanmasının rəhbərlərinə müraciət edirəm. Rusiyanın bütün hərbçiləri onlar üçün müəyyən olunmuş ərazi daxilində olmalıdır. Rusiya hərbçilərinin razılaşmadan kənar istənilən, xüsusən silahlı hərəkətləri bizim tərəfimizdən hərbi təcavüz kimi qiymətləndiriləcək”, - A.Turçinov söyləyib.

O, Rusiyanın Ukraynanın ərazi bütövlüyünün zamini olduğunu xatırladıb.

Qeyd edək ki, Kırımda Rusiya ordusu hərbi hazırlıq vəziyyətinə gətirilib. Rusiyanın Qara dəniz donanmasına aid olduğu deyilən ziirehli maşınlar isə Sevastopol-Simferopol yolunda görünüb. Zirehli maşınların göründüyü ərazi isə Rusiya hərbi bazasının yerləşdiyi Sevastopoldan 150 kilometrlik məsafədə yerləşir.

Ömər Dağlı

13.59

Ukrayna Ali Padasının (parlament) spikeri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov güc strukturlarına Krım parlamenti və Nazirlər Şurası binalarını “işğal” edənlərin cəzalandırılması barədə bütün tədbirləri görməyi tapşırıb.

Publika.Az –ın “RBK-Ukrayna” xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə A.Turçinov parlament iclasında bildirib.

“Mən güc strukturlarına vətəndaşların müdafiəsi və cinayətkarların cəzalandırılması üçün bütün tədbirləri həyata keçirməyə icazə verirəm. Bütün vətənpərvərlərə və ukraynalılara müraciət edirəm, sakitliyi qorumaq, dövlət binalarını ekstremistlərdən müdafiə etmək lazımdır. Dövlət binalarının tutulması Ukrayna dövlətinə qarşı cinayət kimi qiymətləndiriləcək”, -A. Turçinov söyləyib.

Qeyd edək ki, ötən gecə Krım parlamenti və Nazirlər Şurası silahlı şəxslər tərəfindən ələ keçirilib. Məlumata görə, naməlum şəxslər parlament binasında Rusiya bayrağı qaldırıblar. Binadakı bütün işçilər və milislər oradan uzaqlaşdırılıb, girişdə barrikadalar qurulub. Bina hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm