• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kiyev Moskvaya nota verdi

  • Dünya
  • 27 Fevral 2014 14:07
  • 1 943 Baxış
Kiyev Moskvaya nota verdi

Ukrayna Rusiyadan Krımdakı vəziyyətlə bağlı təcili ikitərəfli məsləhətləşmələr keçirməyi tələb edib.

Publika.Az –ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Rusiyanın Ukrayna səfirliyindəki müvəqqəti işlər vəkili Andrey Vorobyov Ukraynanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, rusiyalı diplomata Ukrayna və Rusiya Federasiyası arasındakı əməkdaşlıq razlaşmasına uyğun olaraq təxirəsalınmaz ikitərəfli məsləhətləşmələrin keçirılməsi tələbinin yer aldığı nota təqdim olunub. Notada həmçinin Ukraynanın ərazisində yerləşən Rusiya hərbi bazasının razılaşmadan kənar hərəkətlərdən çəkinməsi xahiş edilib.

Notada xatırlanır ki, Rusiya Federasiyası 5 Dekabr 1994-cü ildə imzaladığı Budapeşt memorandumu ilə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməyi öz üzərinə götürüb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR