İraq-Şam İslam Dövləti kürdlərin 100-dən artıq silahlısını əsir götürüb
Bizi izləyin

Dünya

İraq-Şam İslam Dövləti kürdlərin 100-dən artıq silahlısını əsir götürüb

İraq-Şam İslam Dövləti kürdlərin 100-dən artıq silahlısını əsir götürüb

İraq-Şam İslam Dövləti ər-Riqqə əyalətində xristianlardan xərac almağa başlayıb.

İnterAz–ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, İraq-Şam İslam Dövləti (DAİŞ) Həsəkə əyalətində Təll-Məruf rayonunu ələ keçirib və kürdlərə ağır zərbələr endirib.

DAİŞ-in twitter səhifəsində bildirilib ki, kürdlərin milli müdafiə dəstələrinə mənsub 100-dən artıq silahlı əsir götürülüb.

Bu arada DAİŞ Suriyanın ər-Riqqə şəhərində xristianlara xərac ödəmələri barədə əmr verib. Xristianların verəcəyi xərac müqabilində onların təhlükəsizliyinin təmin ediləcəyi qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm