Regionlar Partiyası parlament azlığına çevrildi
Bizi izləyin

Dünya

Regionlar Partiyası parlament azlığına çevrildi

Bu gün Ukrayna Ali Radasında (parlament) parlament koalisiyası yaradılıb.Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, parlament koalisiyasına 250 deputat daxil olub.

Parlament sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov qeyd edib ki, koalisiya “Avropa seçimi”ni bəyan edib. Parlament koalisiyasına “Batkivşina”, UDAR və “Azadlıq” fraksiyaları, “İqtisadi inkişaf” və “Suveren Avropa Ukraynası” qrupları, həmçinin müstəqil və Regionlar Partiyasından olan deputatlar da daxildir.

Turçinov parlament koalisiyasının böyüyə biləcəyini deyib.

Qeyd edək ki, 441 yerlik Ukrayna parlamentində hakim Regionlar Partiyası 200 deputatla təmsil olunub. Parlament koalisiyasının yaradılması isə Regionlar Partiyasının azlıqda qalması anlamına gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm