Ukrayna yeni hökumətin tərkibi - SİYAHISI
Bizi izləyin

Dünya

Ukrayna yeni hökumətin tərkibi - SİYAHISI

Ukrayna parlamenti Baş nazir Arseni Yasenyukun Nazirlər Kabinetinin yeni üzvlərinin təyin edilməsi haqqında təklifini qəbul edib.

Trend-in "Rusiyanın səsi" radiosuna istinadən verdiyi məlumata görə, qərarın lehinə 331 deputat səs verib. Səsvermə siyahı əsasında aparılıb.

Parlamentin spikeri Aleksandr Turçinov qeyd edib ki, yeni nazirlərin əksəriyyəri heç bir siyasi partiyaya mənsub deyillər.

Vitali Yarema Baş nazirin I müavini, Oleq Musiy səhiyyə naziri, Arsen Avakov daxili işlər naziri, Aleksandr Şlapak maliyyə naziri, Pavel Petrenko ədliyyə naziri, Yevgeni Nişuk mədəniyyət naziri, Pavel Şeremet iqtisadiyyat naziri, Yuri Prodan yanacaq və energetika naziri, Sergey Kvit isə təhsil və elm naziri seçilib.

17.27

Ukraynanın yeni baş nazirinin kimliyinə aydınlıq gəlib.Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Ukrayna Ali Radasının (parlament) bugünkü iclasında “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk baş nazir seçilib.

Parlamentin bu qərarının lehinə 371 deputat səs verib. Səsvermədən dərhal sonra parlament sədri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov A.Yasenyukun təyinatı ilə bağlı qərarı imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm