Ərdoğan Fətullah Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırır
Bizi izləyin

Dünya

Ərdoğan Fətullah Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırır

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Fətullah Güləni (hazırda ABŞ-da yaşayan din xadimi) ölkənin daxili işlərinə qarışmamağa çağırıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Baş nazir qeyd edib: "Xoca [F.Gülən - red.] siyasətə qoşulmaq istəyirsə, bunu demokratik yolla etməlidir".Ərdoğan əlavə edib ki, Gülən doğru olduğuna əmindirsə, ABŞ-dan Türkiyəyə qayıtsın.

Bir müddət əvvəl Ərdoğan Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.

Baş nazir qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".

Bütün bunlarla yanaşı, R.T.Ərdoğan ABŞ-ı F.Güləni dəstəkləməkdə günahlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm