“Aslanla filin döyüşü...” - Bunlardan hansı Ərdoğandır?
Bizi izləyin

Dünya

“Aslanla filin döyüşü...” - Bunlardan hansı Ərdoğandır?

Türkiyənin “Vatan” qəzetinin yazarı Hüseyn Yayman bugünkü yazısında AKP-Camaat qarşıdurmasını şərh edib.

Publika.Az –ın verdiyi xəbərə görə, yazısına “Aslanla filin döyüşü...” başlığı qoyan Yayman bu döyüşü baş nazir Rəcəb Tayyib Ərdoğanın qazanacağını bildirib.Ancaq yazara görə, Ərdoğanı gözləyən böyük bir təhlükə var: “Əsl böyük döyüşdə iştirak etmək üçün gücü qalmaya bilər”

“Zamanın əleyhinə işlədiyini başa düşən paralel quruluş yeni bir hücumla təşəbbüsü ələ almaq istədi. Normal şərtlərdə səs qeydlərinin 31 Mart tarixindən sonra yayılacağı gözlənilirdi”, - yazıda qeyd olunur.H.Yayman Ərdoğanın özünə və ailəsinə qarşı yeni hücumların gözlənildiyini bildirib. O, əsas məqsədin Ərdoğanı iş görə bilməyəcək vəziyyətə gətirmək və təqaüdə getməsinə məcbur etmək olduğunu söyləyib.

Yazının başlığına gəlincə, yazar bunları söyləyib:“Normal şərtlər altında aslanlar və fillər geniş Afrika düzənliklərində birlikdə yaşayılar. Qaydaları fillər qoyar və aslanlar bununla bağlı xəbərdar edilirlər. Ancaq aslanlar kifayət qədər ov tapa bilməyəndə 30-40 aslan sürü halında filə hücum edərlər. Aslanlarla filin döyüşü elə qanlı olur ki, bəzən başqa bir aslan sürüsü köməyə çağırılır. Burada fil baş nazir, aslanlar isə ona hücum edənlərdir. Camaat-hökumət döyüşünün nəticəsi bəllidir. Bu kiçik döyüşü baş nazir qazanacaq. Ancaq bundan sonra böyük döyüş və geopolitik güc oyunu var. Onu qazanması üçün kiçik döyüşdə gücü qorumaq lazımdır. Aslanların məqsədi fili yemək deyil, onu yormaqdır. Ancaq aslanlar filə hücum edərkən hesablamanı səhv etdilər, fili sürüdən ayıra bilmədilər. Bu səhv hesablama isə aslana baha başa gələcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm