Kazan tatarları Krıma nümayəndə heyəti göndərib
Bizi izləyin

Dünya

Kazan tatarları Krıma nümayəndə heyəti göndərib

Tatarıstan Dövlət Şurasının təmsilçiləri Krıma yola düşüblər.

Tatarıstan Dövlət Şurasının təmsilçiləri Krıma yola düşüblər.

Tatarıstan rəhbərliyi Krım tatarlarına nə Meydan tərəfdarlarını, nə də seperatçıları dəstəkləməyi, "öz yolu ilə getməyə", amma bununla belə Ukrayna xalqı ilə dost münasibətləri saxlamağa çağırıb.

Nümayəndə heyətinə Tatarıstan Ali Sovetinin deputatları Razil Valeyev, Rafil Nuqumanov, Viktor Budarin və Robert Minullin daxil olub. Tatarıstanın keçmiş rəhbəri, dövlət müşaviri Mintimer Şaymiyev bildirib ki, problemi danışıqlar yolu ilə həll etmək lazımdır ki, münaqişə dərinləşməsin.

Dünya Tatar Konqressinin sədri Rinat Zakirov isə bildirib ki, Krım tatar xalqının taleyi nəzərə alınmadan hər hansı bir məsələ həll edilə bilməz. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm