Bakılı nazir Krım parlamentini tutulmasından danışdı
Bizi izləyin

Dünya

Bakılı nazir Krım parlamentini tutulmasından danışdı

Ukraynanın yeni təyin edilmiş Daxili İşlər naziri, Bakıda doğulmuş Arsen Avakov öz Feysbuk səhifəsində Krım parlamentinin tutulmasına münasibət bildirib.

Ukraynanın yeni təyin edilmiş daxili İşlər naziri, Bakıda doğulmuş Arsen Avakov öz Feysbuk səhifəsində Krım parlamentinin tutulmasına münasibət bildirib.

Arsen Avakov yazıb: “Səhər tezdən avtomat və pulemyotla silahlanmış naməlum adamlardan ibarət dəstə Simferopolda Krım parlamentinin binasını tutub. Daxili qoşunlar və bütün milis heyəti döyüş hazırlığına gətirilib. Mülki əhali arasında qan tökülməsinə yol verməmək üçün Ali Radanın yerləşdiyi məhəllə mühasirəyə alınıb. Ekstremist əməllərin inkişafının qarşısının alınması, şəhərin mərkəzində hərbi toqquşmaya yol verilməməsi üçün bir sıra tədbirlər görülüb. Təxribatçılar fəaliyyətə başlayıb. Soyuq başla düşünmək, sağlam qüvvələri bir araya gətirmək və dəqiq addımlar vaxtıdır”. (ANS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm