Türkiyə parlamentində yumruqlaşma: 1 deputat xəstəxanalıq oldu - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə parlamentində yumruqlaşma: 1 deputat xəstəxanalıq oldu - FOTOLAR

Türkiyə Böyük Millət Məclisində dərsxanalarla bağlı qanun layihəsinin müzakirəsi dava ilə nəticələnib.

Türkiyə Böyük Millət Məclisində dərsxanalarla bağlı qanun layihəsinin müzakirəsi dava ilə nəticələnib.

Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlarla Cümhuriyət Xalq Partiyasından olan millət vəkilləri arasında mübahisə düşüb. AKP-çi deputat Sadi Bilgiç, CHP-ci həmkarı Ali Rıza Öztürkə hücum çəkib. Bu vaxt daha bir AKP-çi deputat - Fatih Şahin Öztürkü bayıra çağırıb. Bundan sonra deputatlar arasında toqquşma başlayıb və millət vəkilləri bir-birilərinə yumruq atıblar. Nəticədə AKP-çi deputat Metin Külünkün burnu qanayıb. O, xəstəxanaya aparılıb.

Dava üzündən parlamentin iclası yarımçı qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm