Moskvada Krımı Kosova ilə müqayisə etdilər
Bizi izləyin

Dünya

Moskvada Krımı Kosova ilə müqayisə etdilər

Moskvada Krımı Kosova ilə müqayisə etdilər

“Krım muxtariyyəti öz müqəddəratının təyin edilməsi ilə bağlı referendum keçirmək hüququna malikdir”.

Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədri Aleksey Puşkov jurnalistlərə açıqlamasında deyib.

“Deyirlər ki, Maydan hakimiyyətin mənbəyi ola bilər. O halda xalq Krımın müqəddəratının təyin edilməsi üçün niyə mənbə olmasın? Əgər Krımda referendum keçirilərsə, status dəyişikliyi tamamilə qanunverici olacaq. Krımın statusunun referendumla dəyişilməsi Maydan dəyişikliyindən daha qanuni olacaq”, - komitə sədri deyib.

A.Puşkov həmçinin Krımı Kosovo ilə müqayisə edib:

“Əgər xalqın iradəsi Kosovo və Kiyevdə hakimiyyət üçün mənbəyi ola bilirsə, o halda bunu Krımda rədd etmək olmaz. Qərb Kiyev Maydanını Ukrayna xalqının iradəsinin daşıyıcısı olaraq tanıdısa, eynilə Krım xalqı da öz iradəsini ifadə etmək hüququna malik olmalıdır”.

Qeyd edək ki, naməlum silahlı qrupun nəzarətində olan Krım parlamenti bu il mayın 25-də muxtar respublikanın statusu haqqında referendum keçirilməsi haqda qərar qəbul edib. Parlament Anatoli Mogilyovun rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərib.

Ukrayna Mərkəzi Seçki Komissiyası isə Krımda referendum keçirilməsinin qanunsuz olduğunu açıqlayıb.

Krım parlamentinin referendumu 25 May tarixinə təyin etmək istəyi isə təsadüf sayıla bilməz. Xatırladaq ki, həmin günə həm də Ukraynada növbədənkənar prezident seçkiləri təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm