• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Krım parlamentini tutan “naməlumlar” məlum oldu

  • Dünya
  • 28 Fevral 2014 13:19
  • 465 Baxış
Krım parlamentini tutan “naməlumlar” məlum oldu

Krım parlamentinin binası Rusiyanın xüsusi təyinatlı dəstəsi tərəfindən tutulub.

Publika.Az–ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın “Batkivşina” fraksiyasından olan deputatı Aleksandr Çornoolenko “112 Ukrayna” telekanalının efirində bildirib.

Qeyd edək ki, Krım parlamenti və Nazirlər Şurasının binalarını tutan şəxslərin “naməlum” olduğu deyilirdi.

“Bu naməlum insanlar Rusiyanın xüsusi təyinatlı dəstəsidir. Açıq şəkildə görünür ki, onlar yaxşı təlim alıblar. Onlarda qumbaraatanlar, pulemyotlar, normal silahlar var idi”, - Çornovolenko qeyd edib.

Deputat bildirib ki, Rusyanın xüsusi təyinatlı dəstəsi Krımın Ukraynadan ayrılmasına hesablanan referendumun təyin edilməsi üçün parlament binasını tutublar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR