Ukrayna Baş Qərargah rəisi istefaya göndərildi
Bizi izləyin

Dünya

Ukrayna Baş Qərargah rəisi istefaya göndərildi

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən parlamentin sədri Aleksandr Turçinov Yuri İlyini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsindən azad edib.

Trend-in cümə günü UNİAN-a istinadən verdiyi məlumata görə, müvafiq qərarın mətni A.Turçinovun rəsmi saytında dərc olunub.Y.İlyin 2014-cü ilin fevralın 19-da V.Yanukoviç tərəfindən vəzifəyə təyin edilmişdi.

Qeyd edək ki, dünən Y.İlyinin ürək turtmasından xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm