• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hindistan İran qazını dənizaltı boru vasitəsilə əldə etmək üçün danışıqlar aparır

  • Dünya
  • 28 Fevral 2014 14:36
  • 356 Baxış
Hindistan İran qazını dənizaltı boru vasitəsilə əldə etmək üçün danışıqlar aparır

Pakistanın rədd cavabından sonra Hindistan İran qazını dənizaltı kəmər vasitəsilə əldə etmək istəyir.

İnterAz–ın “FarsNews”a istinadla verdiyi xəbərə görə, İran, Oman və Hindistanın XİN rəhbərləri bu gün Dehlidə bir araya gələcəklər.

Məlumata görə, tərəflər İran qazının Oman dənizində sualtı qaz boruları vasitəsilə Hindistana nəqlini müzakirəyə çıxaracaqlar.

Bildirək ki, ilk dəfədir ki, İran qazının Hindistana dənizaltı yolla nəql edilməsi müzakirəyə çıxarılır. Bu layihənin 5 milyard dollara başa gələcəyi bildirilir. İran qazının Hindistana nəqli ilk öncə Pakistan ərazisi (sülh qaz borusu layihəsi) ilə həyata keçirilirdi ki, rəsmi İslamabad və Dehli bu layihəyə mühafizəkarlıqla yanaşıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR