Güclü qar 100-ə yaxın avtomobilin toqquşmasına səbəb oldu
Bizi izləyin

Dünya

Güclü qar 100-ə yaxın avtomobilin toqquşmasına səbəb oldu

Güclü qar 100-ə yaxın avtomobilin toqquşmasına səbəb oldu

Kanadanın Ontario əyalətində təxminən 100 avtomobilin zəncirvari qəzası baş verib.

Bu barədə məlumat yayan CBC telekanalının xəbərində bildirilir ki, hadisə Barri şəhərinin yaxınlığında, avtomobil yolunda qeydə alınıb.

Adətən, zəncirvari qəzalarda avtomobillər o qədər də ciddi əzilmir. Amma sözügedən hadisədə bunun əksi müşahidə olunub. Əzilmiş avtomobilləri yoldan çıxarmaq üçün əsgər və xüsusi texnikanın xidmətindən istifadə edilib.

Qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Yol-nəqliyyat hadisəsinə səbəb kimi isə güclü qarın yağması, yolda görüntünün aşağı olması göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm