İsveçrədə Yanukoviç və oğluna qarşı cinayət işi açılıb
Bizi izləyin

Dünya

İsveçrədə Yanukoviç və oğluna qarşı cinayət işi açılıb

Avstriya hakimiyyəti V.Yanukoviçin hakimiyyətində təmsil olunan 18 şəxsin hesabları dondurulub. Onların adları açıqlanmayıb.

Cenevrə prokurorluğu prezident vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviç və oğlu Aleksandr Yanukoviç barəsində çirkli pulların yuyulması ittihamı üzrə cinayət işi açıb.Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyi yazıb.

Dünən isə İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirmişdi ki, V.Yanukoviçin İsveçrə banklarındakı hesabları aşkarlanarsa, onlar dondurulacaq. Onun sözlərinə görə, İsveçrə hökumətinin müvafiq sərəncamı bu gün verilməlidir.

Bu gün yayılan digər bir məlumata görə, Avstriya hakimiyyəti V.Yanukoviçin hakimiyyətində təmsil olunan 18 şəxsin hesabları dondurulub. Onların adları açıqlanmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm