Krıma uçan Türkiyə təyyarəsi geri qaytarldı- SƏBƏB
Bizi izləyin

Dünya

Krıma uçan Türkiyə təyyarəsi geri qaytarldı- SƏBƏB

Krım Muxtar Respublikasının Simferopol şəhərində aeroportun ələ keçirilməsi səbəbindən İstanbul-Simferopol marşrutu ilə uçan Türkiyənin "AtlasJET" aviaşirkətinin təyyarəsi yarımadaya eniş edə bilməyərək geri qayıdır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, təyyarənin pilotlarına aeroportun ələ keçirilməsi barədə məlumat Ukraynanın hava məkanından verilib.

Xatırladaq ki, fevralın 26-da Krım parlamentinin binası yanında keçirilən mitinq zamanı 30 nəfər xəsarət alıb, onlardan altısı xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm