Yanukoviç Rusiyada göründü
Bizi izləyin

Dünya

Yanukoviç Rusiyada göründü

Yanukoviç Rusiyada göründü

Ukrayna keçmiş prezidenti Viktor Yanukoviçin Rusiyanın cənub bölgəsindəki hərbi hava limanına hərbi təyyarələrin müşayətilə cümə axşamı günü gəldiyi iddia edilib.

Rus yerli mətbuatının iddiasına görə Viktor Yanukoviç bu gün Rusiyanın cənub-qərb bölgəsi Roston-on-Don şəhərində yerli saatla 17.00 radələrində mətbuat konfransı keçirəcək.

DonInformBuro Alyaska xəbər agentliyi Yanukoviçi daşıyan təyyarəni döyüş təyyarələrinin müşayət etdiyini yazıb. Agentlik "Döyüş təyyarələrinin gurultulu uçuşları şəhər üzərində yarım saat qədər eşidilib" məlumatını bildirib.

Yanukoviç özünün hələ də qanuni prezident olduğunu deyir.

Baş nazir Dmitir Medvedev Kiyevdə vəzifəyə gələn yeni rəhbərliyin hökuməti mübahisəli olduğunu desə də Putin hələ də bir şərh verməyib.

Movqe.Az xəbər verir ki, Ukraynanın avtonom bölgəsi Krım parlamenti dünən aldığı qərarla Rusiya Birlik Partiyası lideri Serhiy Aksenovu hökumət başçısı olaraq seçib. Aksenov da Yanukoviçi qanuni prezident olaraq tanıdıqlarını açıqlayıb. Parlament aldığı qərarla 25 Mayda ediləcək referendumla daha çox muxtariyyət üçün seçki keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm