Kiyev Moskvaya müharibə elan edir -XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Kiyev Moskvaya müharibə elan edir -XƏBƏRDARLIQ

“Ukrayna Krımda sabitliyin əldə olunması üçün silahdan istifadəni istisna etmir”. Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ali Radada (parlament) jurnalistlərə açıqlamasında söyləyib.

“Biz yaxşı başa düşürük ki, Ukrayna tərəfindən açılan istənilən atəş faciəli nəticələrə gətirib çıxaracaq, amma bu qanuni olacaq. Bütün mümkün metodlarla ölkənin ərazi bütövlüyünü və sabitliyi təmin etmək lazımdır", - Tyaqnibok deyib.

O, Ukraynada vəziyyətin nizama salınması üçün ilk növbədə xarici ölkələrin diplomatik resurslarından istifadə olunacağını bildirib:“Müvafiq beynəlxalq normalar var. Bu mərhələdə diplomatik resurslar cəlb ediləcək. Ümid edirik ki, hərbi qarşıdurmaya ehtiyac olmayacaq. Rusiyanın Krımdakı davranışları Ukraynanın ərazi bütövlüyünə zəmanət verən Budapeşt memorandumu üzrə öhdəliklərlə ziddiyyət təşkil edir. Bu gün Ukrayna parlamentinin qəbul etdiyi qətnaməyə görə, ərazi bütövlüyünə təhlükə olacağı halda, Budapeşt memorandumunun zamin ölkələri olan Böyük Britaniya, ABŞ və Rusiyaya müraciət etmək hüququna malikik. Bu memoranduma daha sonra Fransa və Çin də qoşulub”.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi bu gün Rusiyanı Krıma silahlı müdaxilədə etməkdə ittiham edib. Daxili işlər naziri Arsen Avakovanın məlumatına görə, Rusiya hərbçiləri Sevastopol və Simferopolda hava limanlarını mühasirəyə alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm