Rza Zərrab azadlıqda
Bizi izləyin

Dünya

Rza Zərrab azadlıqda

Məşhur Türk müğənnisi Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab azadlığa buraxılıb. Publika.Az türk saytlarına istinadən xəbər verir ki, Rza Zərrabla birlikdə bir neçə nəfər də azadlığa çıxıb.O cümlədən sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib.

Həmçinin rüşvət qalmaqalı ilə bağlı həbs olunan daha 5 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, bu il fevralın 14-də Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad edilib.

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, onlarla insan saxlanılmışdı.

Azadlığa çıxan şəxslərə ölkədən kənara çıxmaq qadağan olunub.

Qeyd edək ki, oktyabrın 17-də Türkiyədə "Böyük rüşvət" əməliyyatı başlanmış və bir neçə şəxs həbs olunmuşdu.

Elmin Bədəlov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm