Timoşenko prezidentliyə namizəd olacaq
Bizi izləyin

Dünya

Timoşenko prezidentliyə namizəd olacaq

Sabiq baş nazir Yuliya Timoşenko Ukrayna prezidenti postuna namizəd olacaq.Publika.Az –ın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Zərbə” Partiyasının rəhbəri Vitali Kliçko bildirib.

“Mən özüm Timoşenko ilə danışdım. O, prezident seçkilərində namizəd olacaq. Bu mənim üçün gözlənilməz oldu. Yuliya Timoşenko prezident seçkilərində namizəd olacağını rəsmən heç bir yerdə bildirməmişdi”, - Kliçko vurğulayıb.

V.Kliçko özünün də prezidentliyə namizəd olmağa hazır olduğunu qeyd edib. Daha əvvəl isə “Batkivşina” və “Azadlıq” partiyalarını seçkilərə vahid namizədlə getməyə çağırırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm