Ukrayna Baş Qərargahına yeni rəis təyin olunub
Bizi izləyin

Dünya

Ukrayna Baş Qərargahına yeni rəis təyin olunub

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Mixail Kutsini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsinə təyin edib.

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Mixail Kutsini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsinə təyin edib.

"İnterfaks"ın verdiyi məlumata görə, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Qeyd edək ki, daha əvvəl A.Turçinov Yuri İlyini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsindən azad etmişdi.

Y.İlyin 2014-cü il fevralın 19-da V.Yanukoviç tərəfindən bu vəzifəyə təyin edilmişdi.

Dünən Y.İlyinin ürək tutmasından xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm