• USD 1,7220 +0,11% EUR 1,8623 -0,37%
    • GBP 2,1371 -1,16% RUB 0,0302 -0,33%

Əl-Nüsra İŞİD-ə 5 gün vaxt verdi

  • Dünya
  • 28 Fevral 2014 22:18
  • 1 147 Baxış
Əl-Nüsra İŞİD-ə 5 gün vaxt verdi

Suriyada Əsəd rejiminə qarşı döyüşən əl-Nüsra cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani öz tvitter hesabında səs yazısı paylaşıb.

Culani səs yazısı ilə İraq Şam İslam Dövlətinə (İŞİD) təslim olması üçün beş gün vaxt verdiyini bildirib: “Bismillahir-Rəhmanir-Rəhim Allaha həmd və salam olsun. Şam torpaqları daha bir övladını itirdi. O şəxs bir ata olaraq çox səbrli bir komandir olaraq hikmət və ədalət dolu insan idi. Bu insan Şeyx Əbu Xalid əl-Suru idi...” Əl-Culani “ey Əbu Xalid, kaş ki, mən sənin bu dünyada ölümünü görməyəydim, kaş ki, mən səndən əvvəl öləydim, kaş ki, mən göz yaşlarımı sənin üzərinə tökməyəydim” tipli çıxışının ardınca İraq Şam İslam Dövlətinə rəsmi şəkildə xəbərdarlıq edib:

“Bu bəyanatla sizə təslim olmağınız üçün 5 gün vaxt veririk. Bu müddət tamam olduğunda nə edəcəyimizi özünüz görəcəksiz. Biz bir ildir ki, sizin törətdiyiniz əməllərə səbr edirik. Siz yaxşı bilirsiz ki, bizim İraqda qardaşlarımız çoxdur və sizləri oradan başlayaraq yer üzündən silmə gücünə sahibik. Allaha and içirik ki, bu saatdan sonra cahil fikirlərinizdən imtina etmədən döyüşə davam etsəniz, sizi yer üzündən siləcəyik”. Son olaraq Əbu Məhəmməd əl-Culani İŞİD camaatına səslənib: “Alimlərinizin sözünü dinləyin, istiğfar edib Allaha dönün. Ümmətə açdığınız döyüşə görə tövbə edib sizi birliyə və qardaşlığa dəvət edirəm”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR