Ebru Gündeş Rza Zərrabı həbsxana qapısında belə qarşıladı - VİDEO
Bizi izləyin

Dünya

Ebru Gündeş Rza Zərrabı həbsxana qapısında belə qarşıladı - VİDEO

Bu gün iş adamı Rza Zərrabın təxliyyə edilməsi xəbərini onun həyat yoldaşı, tanınmış müğənni Ebru Gündeşə iş adamının vəkili xəbər verib.

Bu gün iş adamı Rza Zərrabın təxliyyə edilməsi xəbərini onun həyat yoldaşı, tanınmış müğənni Ebru Gündeşə iş adamının vəkili xəbər verib.


Xəbəri eşidən müğənni dərhal R.Zərrabın saxlanıldığı həbsxanaya gedib.

“Ərini axşam evə göndərirəm. Gözün aydın”, deyə R.Zərrabın vəkili E.Gündeşlə telefon danışığında deyib.

Həbsxanaya gələn müğənni saat 17:00 radələrində qara avtomobillə olduqları ərazini birlikdə tərk ediblər. Arxa oturacaqda əyləşən cütlük kameralardan yan keçə bilməyib və görüntüləniblər. Digər yandan isə R.Zərrabın mühafizəçiləri bildirilən şəxslər jurnalistlərə hücum edib. Mühafizəçilər jurnalistlərin görüntü əldə etməməyinə çalışıblar.

Qeyd edək ki, Türkiyədə “17 dekabr” rüşvətxorluq və korrupsiya qalmaqalına görə həbs edilən iş adamı Rza Zərrab və onun birlikdə 5 nəfər təxliyyə edilib. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm