Rus qoşunları bir neçə saata Ukraynaya daxil ola bilər - Putin açıqlama verdi
Bizi izləyin

Dünya

Rus qoşunları bir neçə saata Ukraynaya daxil ola bilər - Putin açıqlama verdi

Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi barədə müraciət edib.

Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi barədə müraciət edib.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir:

"Ukraynadakı fövqəladə vəziyyət və Rusiya Federasiyasının vətəndaşları - bizim həmvətənlərimizin həyatına təhdidlə əlaqədar olaraq, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına beynəlxalq müqaviləyə uyğun olaraq Ukraynada (Krım Muxtar Respublikası) yerləşən RF Silahlı Qüvvələri hərbi kontingentinin şəxsi heyətinin bu ölkənin ərazisində ictimai-siyasi vəziyyət yaxşılaşanadək istifadə edilməsi ilə bağlı müraciət edirəm". /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm