Rus qoşunları Ukraynaya daxil olub - YENİLƏNİB
Bizi izləyin

Dünya

Rus qoşunları Ukraynaya daxil olub - YENİLƏNİB

Rusiya parlamentinin yuxarı qanadı olan Federasiya Şurası Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verib.

Rusiya parlamentinin yuxarı qanadı olan Federasiya Şurası Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verib.

Publika.az xəbər verir ki, qərarın ardından dərhal rus qoşunları Ukraynaya daxil olublar. Hazırda Rusiya ordusunun hərbi kolonnası Ukraynanın Zaporojye vilayəti ilə irəliləyir. Yerli sakinlər Rusiya hərbçilərinin kolonnasının Çonqar yarımadasından keçərək Zaporojye vilayətinə daxil olduğunu deyirlər.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Ukraynaya qoşun yeritmək üçün Federasiya Şurasına müraciət etmişdi.

"Ukraynada yaranmış qeyri-adi vəziyyətlə bağlı, Rusiya Federasiyasının vətəndaşlarının, bizim həmvətənlərimizin, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq saziş əsasında Ukrayna ərazisində (Krım Muxtar Respublikasında) dislokasiya edən şəxsi heyətinin həyatına yaranmış təhlükə ilə bağlı Rusiya Federasiyasının Konstitusiyasının 102-ci maddəsinin 1 hissəsinin “q” bəndinin əsasında Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət normallaşana qədər Rusiya Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi ilə bağlı müraciət təqdim edirəm", - deyə sənəddə bildirilirdi.

YENİLƏNİB

BMT Təhlükəsizlik Şurası Bakı vaxtı ilə 23.00-da Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanacaq. Bu barədə “RİA Novosti”yə BMT-dəki diplomatik mənbə bildirib.

“Təhlükəsizlik Şurası yerli vaxtla 14.00-da (Bakı vaxtı ilə 23.00-da) Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanacaq”, deyə mənbə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm