Dünya
Obama ilə Putin arasında gərgin telefon danışığı
ABŞ prezidenti Barak Obama Rusiyanın prezidenti Vladimir Putinə zəng vurub. 90 dəqiqə davam edən telefon danışığı zamanı tərəflər Ukrayna məsələsini müzakirə ediblər.
Ağ evdən verilən açıqlamaya görə, danışıq zamanı Rusiyanın
Ukraynaya istiqamətlənmiş hərbi müdaxiləsi kəskin pislənib,
əsgərlərini Krımdakı hərbi bazaya çəkərək gərginliyi azaltması üçün
çağırış edilib.
“Ukrayna beynəlxalq öhdəliklərə riayət etmək istəyini nümayiş
etdirib və bizim bu istiqamətdə çağırışlarımız davam edəcək. Əgər
bu ölkədəki ruslarla və digər etniklərlə bağlı qayğılarınız varsa
bunu həll etmənin ən uyğun yolu Ukrayna hökuməti ilə sülhməramlı
müzakirələr aparmaq, BMT Təhlükəsizlik Şurası və ya ATƏT müşahidə
missiyasını bölgəyə dəvət etməkdir. Rusiya hər iki təşkilatın üzvü
kimi bu yolu seçə bilər. Rusiya ilə Ukrayna arasında başlayacaq
dialoq prosesində ABŞ da vasitəçilik edə bilər”.
Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasının
Rusiyanın beynəlxalq arenada nüfuzuna xələl gətirəcəyini deyən
Obama bildirib ki, bu təqdirdə ABŞ qarşıdakı günlərdə keçiriləcək
“G-8” sammitində Rusiyanın iştirakına şərh qoyacaq və bu da öz
növbəsində bu ölkənin iqtisadi izolyasiyasına gətirib
çıxaracaq.
Bundan başqa ABŞ prezidenti, Ukraynada mali istiqrarın təminat
altına alnıması, islahatların dəstəklənməsi, seçkilərin uğurla
keçirilməsi, demokratiyanın təmin olunması üçün Beynəlxalq Valyuta
Fondu (IMF), partnyor ölkələr və Ukrayna ilə məsləhətləşmələrə
davam edəıcəklərini qeyd edib. /anspress/
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək