• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ukrayna ordusu rus qoşunlarının hücumunu dəf edib - YENİLƏNİB (VİDEO)

  • Dünya
  • 2 Mart 2014 13:21
  • 5 747 Baxış
Ukrayna ordusu rus qoşunlarının hücumunu dəf edib - YENİLƏNİB (VİDEO)

Rusiya ordusu Sevastopolda Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinə hücuma hazırlaşır.

“Ukrainskaya pravda”nın verdiyi məlumata görə, ukraynalılar hərbi hissənin girişini zirehli maşınla bağlayıblar və müdafiəyə hazırlaşırlar.

Rusiya ordusuna məxsus “KamAZ” hərbi şəhərciyin ərazisinə soxulsa da, ukraynalılar onu mühasirəyə alıblar. Rus əsgərləri şəhərciyin ətrafında toplaşıblar və atəş açmaqla hədələyirlər.

YENİLƏNİB

Musavat.com-un “Qrajdanskaya oborona” saytına istinadən verdiyi məlumata görə, ukraynalı hərbçilər hərbi hissəni qoruyublar və rus əsgərləri geri çəkilib. Yeni çəkilən fotolardan da görünür ki, hazırda ərazidə sakitlik bərpa olunub. Amma rus əsgərləri geri çəkilməzdən əvvəl hərbi hissənin yaxınlığındakı binadan Rusiya bayrağı asıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR