Dünya
Ukraynanın iki hərbi hissəsi ruslara təslim oldu
Ukraynanın iki hərbi birləşməsi Rusiya hərbçilərinə təslim olub.
"Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatına Sudak şəhərindəki hərbiçilər verib. Təslim olanların zenit raket və radiotexnika hərbi hissələri olduğu bildirilib. Onların bütün silahlarının artıq rus hərbiçilərinin əlində olduğu deyilib.
Başqa bir məlumata əsasən isə Feodisiya və Sudakın dəniz piyadaları təslim olmaqdan imtina ediblər. Onlar artıq rus hərbçiləri ilə baş verə biləcək döyüşə hazırlaşdıqlarını vurğulayıblar. Döyüşlərə aktiv şəkildə Krım tatarları və ehtiyatda olan zabitlərin də hazırlaşdığı söylənilib.
Qeyd edək ki, Perevalno kəndində yerləşən Ukrayna ordusuna aid 39-cı alaya Rusiya xüsusi təyinatlıları tərəfindən yarım saat sonra (təxminən saat 19:00 - red.) hücum olunması nəzərdə tutulub. Hərbi hissədən verilən məlumata görə, alayın komandiri son ana qədər döyüşmək haqqında əmr verib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!