Pentaqon: “Putin bizi təəccübləndirdi”
Bizi izləyin

Dünya

Pentaqon: “Putin bizi təəccübləndirdi”

Rusiya və Çin ABŞ-ın gözlədiyindən daha sürətlə öz hərbi potensialını artırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Robert Uork bildirib.

Onun sözlərinə görə, Moskva və Pekin hərbi gücünü ABŞ-ın İraq və Əfqanıstanda müharibə apardığı zaman artırıb. Robert Uork Vaşinqtonun Moskva və Pekini partnyor kimi görmək istədiyini, onlarla vuruşmaq istəmədiyini dilə gətirib.

Pentaqon rəhbərinin müavini həmçinin bildirib ki, ABŞ 1989-cu ildən Sovet İttifaqını, daha sonra isə Rusiyanı Avropanın partnyoruna çevirmək istəyirdi. “Biz uzun müddət inanırdıq ki, hər şey yaxşıdır. Amma prezident Vladimir Putin bizi təəccübləndirdi. Aydın oldu ki, o, partnyor olmaq istəmir”, - Uork deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm