Dünya
İŞİD Cənubi Qafqazda əsgərləri belə toplayır - ŞOK
İŞİD Cənubi Qafqazda əsgər toplamaqda davam edir.
Publika.az xəbər verir ki, gürcü jurnalist Qeli Mtivlişvili bununla
bağlı xüsusi qrupların yaradıldığını deyib.
Onun sözlərinə görə, Gürcüstanın Pankisi dərəsində İŞİD sıralarına
qoşulmaq üçün gəncləri Suriyaya göndərən qruplar var: “Əldə etdiyim
məlumata görə, həmin qrup bunun üçün sənədlər hazırlayır”.
Jurnalist bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyinə
məlumat verib.
Qeyd edək ki, aprelin 2-də Pankisi dərəsindən iki məktəbli İŞİD-ə
qoşulmaq üçün evlərini tərk edərək Suriyaya gedib. 18 yaşlı Müslüm
Kuştanaşvili və 16 yaşlı Ramzan Baqakaşvilinin Suriyada İŞİD-in
hərbi düşərgəsində olduqlarını sübut edən videogörütülər yayılıb.
Hər iki gənc ailələri ilə telefon əlaqəsi saxlayaraq, İŞİD
sıralarında hərbi hazırlıq keçdiklərini bildiriblər.
Qeyd edək ki, bir neçə gün öncə qafqazşünas Mamuka Areşidze İŞİD-in
Kvemo Kartli (Borçalı) bölgəsindən əsgər topladığını
bildirib.
“İŞİD Kvemo Kartli və Acar vilayətlərindən əsgər
toplayır”, - deyə o bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstanla yanaşı, Azərbaycan
da eyni məsələyə görə narahatdır: “Bu ölkənin vətəndaşları arasında
İŞİD tərkibində döyüşənlər var. Onlardan geri qayıdanlar həbs
olunur. Lakin bu həmişə sığortalanmaq deyil. Eyni vəziyyət
Gürcüstana da şamil olunmalıdır. Yəni regiona üçün təhlükə
ciddidir”.
Asif Nərimanlı
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu