İŞİD-ə görə qasırğa işarəsindən imtina etdi
Bizi izləyin

Dünya

İŞİD-ə görə qasırğa işarəsindən imtina etdi

Baş qərargahı Cenevrədə yerləşən Ümumdünya Meteorologiya Təşkilat (World Meteorological Organization - WMO) qasırğaların işarəsi olan “Isis” sözündən imtina edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilat bu sözün “İslam dövləti” (İŞİD) terror təşkilatının ingilis abreviaturasının yazılışı ilə (ISIS) uyğun olduğunu bildirib.

Meteoroloqlar bildirirlər ki, onlar bundan sonra “Ivette” (qədim Misir ilahəsi) sözündən istifadə edəcəklər.

Qeyd edək ki, bu dünyada baş verən ilk analoji hadisə deyil. Dünyanın bir sıra ölkələrində bir neçə təşkilat və şirkət adını İŞİD terror təşkilatının ingilis abreviaturasının yazılışı ilə uyğun olduğuna görə dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm