Kaliforniya sahillərində həyəcan: Radioaktiv gəmi tapıldı
Bizi izləyin

Dünya

Kaliforniya sahillərində həyəcan: Radioaktiv gəmi tapıldı

ABŞ-ın Kaliforniya ştatının sahilində təxminən 800 metr dərinlikdə “İndependens” (CVL - 22 Independence) radioaktiv təyyarədaşıyan gəmi aşkarlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Okean və atmosfer tədqiqatları Milli idarəsinin saytında bildirilir.

Gəmiyə praktik olaraq zərər vurulmayıb. Təyyarədaşıyan gəmi 1946-cı ildə keçirilən nüvə sınaqlarından sonra batırılıb. Gəmi Sakit okean cəbhəsində genişmiqyaslı əməliyyatlarında iştirak edib. “İndependens” 1946-cı ildə iki atom partlayışı yaşayıb. Gəmi birinci partlayış zamanı episentrdən uzaq olub və batmaqdan xilas olub. İkinci partlayışdan sonra isə təyyarədaşıyan ağır zədələri alıb və San-Fransisko limanına gətirilib.

"İndependens"i 4 il ərzində radiasiyadan təmizləməyə çalışsalar da, bütün cəhdlər uğursuzluqla nəticələnib. 1951-ci ildə təyyarədaşıyanı Kaliforniyanın sahilində yerləşən Farallonovıx adaları yaxınlığında batırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm