• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD bu ölkəni qana bulayacaqdı

  • Dünya
  • 18 Aprel 2015 19:15
  • 628 Baxış
İŞİD bu ölkəni qana bulayacaqdı

Avstraliyanın Melburn şəhərində Anzak Günü mərasimlərində planlaşdırılan terror aktının qarşısı alınıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin müxtəlif səmtlərində 200 polisin qatıldığı terrorla mübarizə əməliyyatında İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunan beş nəfər saxlanılıb.

Şəhər polisinin verdiyi məlumata görə, onlardan ikisi Anzak Günü mərasimlərində polisləri hədəf alan terror aktını planlaşdırdığı üçün saxlanılıb.

Qeyd edək ki, 1915-ci il aprelin 25-də Britaniya imperiya qoşunları Avstraliya və Yeni Zelandiya (ANZAC) qüvvələri ilə birlikdə Qalipoliyə desant çıxararaq Osmanlı imperiyasını məğlub etməyə çalışıb. Minlərlə əsgər öldürülüb və həmin gün tarixə ANZAC günü kimi daxil olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR