İranla Səudiyyə Ərəbistanı arasında gərginlik artır
Bizi izləyin

Dünya

İranla Səudiyyə Ərəbistanı arasında gərginlik artır

İran prezidenti Həsən Ruhaninin Yəməndə huti üsyançılarına qarşı Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava hücumlarını sərt tənqid etməsindən sonra iki ölkə arasında gərginlik daha da artıb.

Publika.az-ın məlumatına görə, İran prezidenti Milli Ordu günü mərasimində Səudiyyə Ərəbistanını regiondakl insanların qəlbində nifrət toxumları əkməkdə ittiham edib.

İranın ali dini lideri isə daha əvvəl isə Səudiyyənin Yəməndəki kampaniyasını soyqırım və cinayət adlandırmışdı. İranın Yəməndəki şiə üsyançıları həm hərbi, həm də maliyyə cəhətdən dəstəkdiyi ehtimal olunur. Ancaq İran bu iddiaları rədd edir.

Dünən həyata keçirilən növbəti hava hücumlarının ardınca Səudiyyə Ərəbistanı BMT-nin Yəməndə təcili humanitar yardım üçün istədiyi 274 milyon dolların hamısını təmin edəcəyinə söz verib. BMT bildirir ki, münaqişə nəticəsində ən azı 150 min insan evlərindən didərgin düşüb. Həsabatda habelə Suidiyyə hava hücumlarına başlayandan bəri 700 nəfərin öldüyü deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm