NATO ölkələri Rusiya ilə gizli danışılar aparır
Bizi izləyin

Dünya

NATO ölkələri Rusiya ilə gizli danışılar aparır

NATO-nun bir çox ölkəsi mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, Rusiya ilə münasibətləri inkişaf, dialoqu bərpa etmək istəyir.

Bunu Rusiya Federasiyasının müdafiə nazirinin müavini Anatoliy Antonov bildirib.

O deyib: "Hesab etmirəm ki, NATO bizim düşmənimizdir. NATO hansısa adi struktur deyil. Mən ölkələrin adlarını çəkmək istəmirəm, amma demək istəyirəm ki, bir çox NATO ölkəsinin nazir müavinləri bizə gizli baş çəkir, bu barədə ucadan danışmamağı xahiş edirlər. Onlar təklif edirlər ki, gəlin, münasibətləri inkişaf etdirək, bu vəziyyətdən çıxış yollarını düşünək".

Nazir müavini sözlərinə əlavə edib ki, ötən cümə axşamı beynəlxalq təhlükəsizlik üzrə 4-cü Moskva konfransında dialoqu bərpa etmək üçün kifayət qədər siqnal aldıq. Onda sual olunur, ilk addımı kim atmalıdır, kim əl uzatmalıdır. Mən dəfələrlə demişəm, NATO-nun Rusiya Federasiyası ilə münasibətləri dondurmasına baxmayaraq, tərəfdaşlarımız bizim o təşkilatla əlaqənin bərpasından çox şad olacaqlarını söyləyirlər. Çünki belə şəraitdə, belə şərtlər daxilində necə yaşamaq olar?!/anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm